Dəmiryolunun əsas paylayıcısı Biləcəri stansiyasıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Dəmiryolunun əsas paylayıcısı Biləcəri stansiyasıdır – VİDEO

Dəmiryolunun əsas paylayıcısı Biləcəri stansiyasıdır


Azərbaycan üzrə yükdaşımaların böyük bir hissəsi dəmir yolunun payına düşür. Bunun məntiqi izahı da ondan ibarətdir ki, bu ekoloji, təhlükəsiz və nisbətən ucuz üsuldur. Bu baxımdan Biləcəri dəmir yol stansiyasına diqqət ayıraq. Bu, Azərbaycanın ən böyük çeşidləmə stansiyasıdır. İstər xarici, istərsə də yerli yüklərin ünvanı üzrə çeşidlənməsi məhz burda həyata keçirilir. Şimal-cənub çeşidləmə parklarından ibarət olan stansiyada gün ərazində mindən çox vaqon görmək mümkündür.

“Gündəlik olaraq Biləcəri dəmir yol stansiyasınada 25-30 qatar qəbul olunur. Eyni zamanda təyinatı üzrə 25-30-a yaxın qatar göndərilir. Bu yolla ən çox neft məhsulları ilə yanaşı yerli çınqıl da daşınır”, – deyə stansiyanın rəis müavini Elmar Məmmədov bildirib.

Stansiyaya daxil olan vaqonların çeşidlənməsi dispetçer məntəqəsində həyata keçirilir. Həmin məntəqədə qatarların təyini isə texniki nəzarət məntəqəsinin işçiləri sənədləri yoxladıqdan sonra müəyyən edilir.

Növbənin rəhbəri olan dispetçerin göstərişindən sonra çeşidləmə növbətçisi qatarı aidiyyəti üzrə heyətə bölməyə başlayır.

Stansiyada bu çeşidləməni həyata keçirmək üçün xüsusi təpəcikə xətt çəkilib və buradan vaqonları bölünməsi işi həyata keçirilir.

Ayrılan vaqonların sürətini isə ilk olaraq avtomatlaşdırılmış xüsusi əyləc sistemi tənzimlənir.

Daha sonra insan əməyi öz sözünü deyir. Vaqonların bir-birinə çırpılmamsı üçün istifadə edilən bu metod, baş verə biləcək təhlükənin qarşısını alır.

Çeşidlənmə zamanı vaqonlar sürətini tənzimləməsi xüsusi qurğu sayılan başmaqla alınır, bunun çəkisi isə 7 kq-dır.

Stansiyanın təməli 1900-ci ildə qoyulub. Təxminən 20-25 il əvvəl ölkədə dəmir yolunun əsas paylayıcı stansiyası Şirvan dəmir yol xətti olsa da, sonradan Biləcəri stansiyası bu missiyanı öz üzərinə götürüb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *