Azərbaycanda iri nominallı əsginaslar buraxıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Azərbaycanda iri nominallı əsginaslar buraxıla bilər – RƏSMİ

Azərbaycanda iri nominallı əsginaslar buraxıla bilər


Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir.

AzNews.info-nun xəbərinə görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər.

Qeyd olunub ki, beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsginasların xüsusi çəkisi yüksəldikdə Mərkəzi Banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əsginaslar buraxılır:

“Hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90% təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *