Azərbaycan bal ixracına başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan bal ixracına başlayıb

Azərbaycan bal ixracına başlayıb


Azərbaycan balı ərəb ölkələrində bəyənilib. Bu ildən etibarən Azərbaycandan həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərindən irəli sürülüb.

Aznews.info-un məlumatına görə, bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

“Düzdür, Azərbaycanın təbii potesialına görə hazırda ölkədə kifayət qədər bal istehsal edilmir. Bununla belə, ixrac imkanlarını da nəzərdən keçiririk. “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində iki ixrac missiyasında iştirak etmişik. Biz Dubay və Almaniya bazarlarında Azərbaycan balına olan tələbatı araşdırmaq niyyəti ilə bu səfərlərə yollanmışdıq. Artıq Dubaya bal idxalına dair sifariş qəbul etmişik”, - deyə B.Həsrətov əlavə edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Yaponiyaya 6 ton bal ixrac edilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *