Azərbaycan at əti ixrac edəcək – VİDEO
Gələn ildən etibarən Azərbyacandan Moldovaya at əti ixrac ediləcək. Növbəti mərhəldə isə Qazaxıstana belə bir ixracın həyata keçirilməsi planlaşdırılır. Əti ixrac ediləcək atlar çıxdaş edilmiş və qoca atlar olacaq.
AzNews.info Xezer TV-yə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Naziriliyində yaradılan xüsusi komisya bu prosesə və Azərbaycanın məşhur at cinslərindən olan Dilboz, Qarabağ atları genefondunun qorunmasına nəzarət edəcək.
Qeyd edək ki, Qazaxstan və Azərbaycan hökümətləri arasındakı danışıqlarda da at ətinin ixracı məsələsi müzakirə edilib.
Mənbə:> XəzərXəbər