İxrac təşviqi bu məhsullara şamil olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İxrac təşviqi bu məhsullara şamil olunacaq

İxrac təşviqi bu məhsullara şamil olunacaq


Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, sənəd baş nazir Artur Rasizadə tərəfindən “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası sözügedən şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.

İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.

İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.

İxrac təşviqi idxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına, tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına, sərhədyanı ticarət çərçivəsində malların satışına, Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına, malların əvəzsiz (haqqı ödənilmədən) ixracına, daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına, təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına, malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına, barter əməliyyatları çərçivəsində malların ixracına, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına, bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına, dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri) faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə tətbiq edilmir.

İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə sıyahısına təbii bal, qurudulmuş meyvələr, xurma, nar, unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları, sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası, başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi, souslar və ədviyyatlar, həmçinin təbii və ya süni mineral sular, qazlı sular, alkoqolsuz içkilər, təbii üzüm şərabları və üzüm suslosu, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları, konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları daxildir.

Siyahıda, eləcə də Naftalan mazı, təbii dəridən geyim əşyaları və digər məmulatlar, ipək parçalar, əllə toxunmuş xovlu xalçalar, əllə toxunmuş xovsuz xalçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları, üstü təbii dəridən olan ayaqqabılar var.

Bu qərar 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *