Hüquqşünas: Məhkəmə işlərinin 82%-i bank kreditləridir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hüquqşünas: Məhkəmə işlərinin 82%-i bank kreditləridir

Hüquqşünas: Məhkəmə işlərinin 82%-i bank kreditləridir


Azərbaycanda 2015-ci il və 2016-cı ilin birinci yarısında aparılan məhkəmə işlərinin statistikası açıqlanıb.

Aznews.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Cavad Cavadov məlumat verib.

C.Cavadov bildirib ki, Dövlət Statistika Komitəsindən təqdim edilən məlumata görə, 2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılıb. 2016-cı ilin yalnız birinci yarısında isə bu göstərici 166 min 43 iş olub:

“2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 min 664 iş kredit münasibətləri ilə bağlı olub, bu da ümumi işlərin 75,15%-ni təşkil edib.

Ötən ilin ilk 6 ayı ərzində isə kreditlərlə bağlı məhkəmə işlərinin sayı 136 min 231 olub. Bu isə işlərin ümumi həcminin 82%-dir”.

Vəkil bildirib ki, 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam etməsi gözlənilir.

C.Cavadov qeyd edib ki, məhkəmələrin icraatlarında olan mülki işlərin 82%-i kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin digər işlərin normal qaydada araşdırılması fiziki baxımdan mümkün olmur:

“Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün onlar notariat orqanına həvalə edilməlidir.

Statistik rəqəmlərə görə, onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada, yəni tərəfləri dəvət etmədən, əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 min 415 məhkəmə əmri qəbul edilib və bu həmin işlərin 84%-ni təşkil edir”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *