Ötən il mal ətinin qiyməti 42% artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ötən il mal ətinin qiyməti 42% artıb

Ötən il mal ətinin qiyməti 42% artıb


2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.

Oxu.Az “Turan”a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.

Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Komitənin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.

“Turan” agentliyinin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.

Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.

Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artım 2007-ci ildə qeydə alınıb – 3,2%.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *