Aydın Əliyev işdən azad edilmiş əməkdaşlarının sayını açıqladı
Özbəkistan və Laos gömrük xidmətlərinin rəhbərləri Azərbaycana səfər edəcəklər.
Aznews.info Report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi qarşıdakı illərdə əməkdaşlığın genişləndirilməsidir.
Komitə sədri, həmçinin bildirib ki, ötən il DGK-nın 27 əməkdaşı işdən azad edilib:
“2015-ci ildə 257 əməkdaş, 2016-cı ildə 246 əməkdaş cəzalandırılıb. Bunlardan 27-si işini itirib. 84 nəfər isə öz ərizəsi ilə işdən azad olunub”.
Mənbə:> Report.az