Bakı Slavyan Universitetinin vəzifəli əməkdaşları işdən azad olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Təhsil

Bakı Slavyan Universitetinin vəzifəli əməkdaşları işdən azad olundu

Bakı Slavyan Universitetinin vəzifəli əməkdaşları işdən azad olundu

Bakı Slavyan Universitetində (BSU) kadr islahatları başlayıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, BSU-nun iki yüksəkvəzifəli əməkdaşı işdən azad olunub.

Bunlar BSU-nun Kadrlar və Beynəlxalq Əlaqələr şöbələrinin müdirləridir.

Bundan başqa, onlarla əməkdaş BSU-dakı vəzifələrindən azad olunmaqla bağlı ərizə yazıblar.

Yeni rektor təyinatından sonra BSU-nun inzibati binasında təmir işlərinə də başlanılıb.

BSU-nun mətbuat katibi Adil Əliyev Kadrlar və Beynəlxalq Əlaqələr şöbələri rəhbərlərinin işdən çıxarıldığını təsdiqləyib:

“Onlar ərizə yazaraq öz xahişləri ilə vəzifələrindən azad olunublar”.

BSU sözçüsü digər əməkdaşların işdən çıxması barədə ərizə yazmasına isə münasibət bildirməyib. Bununla belə, o, universitetdə təmir işləri aparıldığını da təsdiqləyib.

Xatırladaq ki, bu il iyunun 23-də Nurlana Əliyeva BSU-ya rektor təyin olunub. Yeni rektor mətbuata açıqlamasında kadr dəyişikliklərinin olacağını bəyan edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *