ABŞ dolları bütün dünyada möhkəmlənməkdə davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

ABŞ dolları bütün dünyada möhkəmlənməkdə davam edəcək

ABŞ dolları bütün dünyada möhkəmlənməkdə davam edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk mətbuat konfransında çıxışı zamanı vergi islahatlarının keçirilməsinin çətin olduğunu bildirib.

Bundan sonra ABŞ dolları dünya valyuta bazarında ucuzlaşmağa başlayıb. Həmçinin, D.Trampın fiskal stimullaşdırma ilə bağlı məsələlərə toxunmaması investorların dolların möhkəmlənməsinə investisiya qoymaqdan vaz keçməsinə səbəb olub.

Xatırladaq ki, investorlar D.Trampın yanvarın 20-də ABŞ prezidentinin inauqurasiya mərasimi zamanı çıxışında vergi islahatları və büdcə stimullaşdırılması ilə bağlı fikirlərinə diqqət edəcək. Əgər Tramp bu mövzulara toxunarsa, o zaman dolların məzənnəsi möhkəmlənəcək və ABŞ fond birjaları artmağa davam edəcək. Əks halda, Tramp seçkiöncəsi vədlərini yumşaldsa və inauqurasiya zamanı çıxışında iqtisadi qərarlarıla bağlı fikir səsləndirməsə, tarixi maksimum səviyyələrə yaxın olan ABŞ fond birjaları indekslərində sərt azalma, dolların məzənnəsinin isə ucuzlaşması gözlənilir.

Lakin dolların məzənnəsində ucuzlaşma uzunmüddətli olmayacaq. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot faizləri ilə digər inkişaf etmiş ölkələrin Mərkəzi Banklarının faiz dərəcələri arasında fərq dolların məzənnəsinin çox ucuzlaşmasına imkan verməyəcək. Bundan başqa, ABŞ iqtisadiyyatının müsbət dinamikası fonunda FRS-in 2017-ci ildə uçot dərəcələrini artırmağa davam etməsi və bunun 2-3 iclasda baş tutacağı ehtimalları dolların məzənnəsinin bir qədər sonra yenidən möhkəmlənməsinə gətirib çıxaracaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *