Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-a olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,8311 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 1,47% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, sonuncu dəfə USD/AZN məzənnəsində rekord yanvarın 17-də qeydə alınmışdı. Bu zaman isə dolların məzənnəsi 1,8045 manat olmuşdu.
Mənbə:> Oxu.Az