Türkiyədə dolların məzənnəsi tarixi maksimal həddə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Türkiyədə dolların məzənnəsi tarixi maksimal həddə çatıb

Türkiyədə dolların məzənnəsi tarixi maksimal həddə çatıb

Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimal həddə - 3,0972 TRY/USD-yə çatıb.

Report xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi üzrə bu gün axşam açıqlanması gözlənilən məlumatlarla bağlı narahatlıqlar olub.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsinin son maksimal həddi bu ilin iyulun 20-də (3,0965 TRY/USD) qeydə alınıb və dövlət çevirilişi cəhdi ilə bağlı olub.

“Report”un analitik qrupu hesab edir ki, Türkiyənin reytinqinin azaldılması bu ölkədən kapital axınına səbəb olduğuna görə, dollara tələbat sürətlənib.

FES-in dekabr iclasında uçot dərəcəsini artırmaq niyyətinin daha da güclənməsi ilə məzənnənin daha da artacağı və 3,25-3,30 TRY/USD səviyyəsinə yaxınlaşacağı ehtimal edilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *