Azərbaycanda ötən il nə qədər neft və qaz hasil edilib? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda ötən il nə qədər neft və qaz hasil edilib?

Azərbaycanda ötən il nə qədər neft və qaz hasil edilib?


“2016-cı ildə Azərbaycanda 41 milyon tondan artıq neft və 29,4 milyard kubmetr qaz hasil edilib”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.

“Neftin 7,5 milyon tonunu və qazın 6,3 milyard kubmetrini SOCAR hasil edib”.

X.Yusifzadə qeyd edib ki, işlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” yatağının dərinsulu hissəsindən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil edilib:

“Hazırda həmin yataqlardan ayda 2,6 milyon ton neft və 1 milyard kubmetrdən çox qaz hasil olunur. Artıq 18-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2017-ci il yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 231,8 milyon ton “mənfəət nefti” satılıb.

Mənfəət neftinin həcmi ilbəil artır. 2016-ci ildə dünya bazarlarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni 59%-i Azərbaycanın payına düşən mənfəət nefti olub.

2017-ci il yanvar ayının 1-dək dünya bazarlarına 435,4 milyon ton Azərbaycan nefti çıxarılmışdır ki, bunun da 321,7 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.

“Əsrin Müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

“Şahdəniz” yatağının işlənməsi iki mərhələyə bölünmüşdür - “Faza-1” və “Faza-2”. “Faza-1” çərçivəsində yataq “Alfa” platformasından işlənilir. 15 quyuluq platforma yatağın şimal-şərqində, dənizin dərinliyi 100 metr olan hissədə yerləşir.

Hazırda “Şahdəniz” yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 milyon kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur. İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 78,4 milyard kubmetr qaz və 19,6 milyon ton kondensat çıxarılmışdır.

2017-ci il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 milyard kubmetr, Türkiyəyə isə 43,8 milyard kubmetr qaz verilmişdir. Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 milyon kubmetr və Türkiyəyə 18,5 milyon kubmetr qaz nəql edilir”, - deyə X.Yusifzadə deyib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *