Xoşbəxt Yusifzadə: “Ümid” yatağında 4 yeni özül quraşdırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Xoşbəxt Yusifzadə: “Ümid” yatağında 4 yeni özül quraşdırılacaq

Xoşbəxt Yusifzadə: “Ümid” yatağında 4 yeni özül quraşdırılacaq


Son illərdə Xəzərin Azərbaycan hissəsində aparılan kəşfiyyat işləri barəsində bildirmək istərdim ki, 2010-cu ildə SOCAR Xəzərdə yeni bir yataq – “Ümid” qaz kondensat yatağını kəşf etdi.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, bu, müstəqillik illərində SOCAR-ın bilavasitə özünün kəşf etdiyi ilk yataqdır.

“İlkin hesablamalara görə, “Ümid” yatağının karbohidrogen ehtiyatı 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir. Hazırda yataqda iki quyu işləyir, 1 quyu qazılmaqdadır. Bu günədək yataqdan 153 min ton kondensat, 955 milyon kubmetr qaz hasil edilib.

Yatağın işlənilməsi çərçivəsində burada yeni 4 özülün quraşdırılması və özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində işlər gedir”, - deyə X.Yusifzadə qeyd edib.

O bildirib ki, son illərdə əldə edilən naliyyətlərdən biri də “Abşeron” qaz kondensat yatağının kəşf edilməsidir.

“Dənizin dərinliyi 350-dən 550 metrə qədər olan sahədə 2011-ci ilin sentyabrında “Abşeron” yatağının kəşf edilməsi SOCAR-ın Fransa şirkətləri (TOTAL, “Gas De France”) ilə səmərəli əməkdaşlığın nəticəsidir.

İlkin hesablamalara görə, yatağın karbohidrogen ehtiyatı 350 milyard kubmetr qaz, 45 milyon ton kondensatdan ibarətdir”.

Bundan başqa, “Bulla” yatağının işlənilməsi layihəsindən danışan X.Yusifzadə qeyd edib ki, 2016-2025-ci illərdə yataqda 5 yeni özülün quraşdırılması və 26 quyunun qazılması planlaşdırılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *