Zərərlə işləyən bankların sırasına biri də qoşuldu – HESABAT
“TuranBank” 2016-cı ilin sonuna dair hesabatını açıqlayıb.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, hesabatlara əsasən, bankın zərəri 1,3 mln. manat təşkil edib.
2015-ci ilin sonuna bu rəqəm 1,1 mln. manata bərabər olmuşdu. Bankın faiz gəlirləri 33 mln., xalis faiz mənfəəti isə 8 mln. 397 min manat səviyyəsindədir.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyata ayırmalar 4 mln. manat civarındadır.
2016-cı ilin sonuna bankın aktivlərində 10 mln. manata yaxın artım olub - bu göstərici qeyd olunan dövrə 528 mln. manata çatıb.
Hesabata görə, artım əsasən kapital yüksəlməsinin hesabına baş verib. Bankın kapitalı hazırda 59 mln. manat təşkil edir.
Bankın nağd vəsaitləri 27 milyon manat, qiymətli kağızlara investisiyaları 3 mln. 541 min manat təşkil edib. Cəmi öhdəlikləri 478 mln. manat olub.
Mənbə:> Fins.az