“Transneft” Azərbaycandan nəqli dayandırıb
Rusiyanın “Transneft” şirkəti Azərbaycandan Rusiyanın Novorossiysk linanına neft nəqlini dayandırıb.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.
Onun sözlərinə görə, buna səbəb Mahaçqala ərazisində aparılan təmir işləridir.
Təmir işlərinin nə vaxt bitəcəyini, o cümlədən nəqlin nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.
Mənbə:> APA