Valyuta konvertasiyası üçün xərclənəcək vəsaitin – MƏBLƏĞİ
2017-ci ildə valyuta konvertasiyası (bir valyuta növünün və ya qiymətli kağızın gündəlik məzənnəyə uyğun olaraq digərinə dəyişdirilməsi - red.) üçün xərclənəcək vəsait məlum olub.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Fərmana əsasən, gələn il valyuta konvertasiyası üçün 4 milyon manat nəzərdə tutulub.
Mənbə:> APA