Neft Fondunun büdcəyə transfertləri ilə bağlı – YENİ QAYDA
Azərbaycan Dövlət Neft Fondu Maliyyə Sabitliyi Şurasının qərarına uyğun olaraq dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Fərmanda Neft Fondu dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb, Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində Dövlət Neft Fondundan (SOFAZ) daxilolmalar (transfert) 6 milyard 100 milyon manat nəzərdə tutulub.
Mənbə:> APA