Azərbaycanın qeyri-neft məhsullarının ixracında kəskin azalma » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanın qeyri-neft məhsullarının ixracında kəskin azalma

Azərbaycanın qeyri-neft məhsullarının ixracında kəskin azalma


2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $784,3 mln. təşkil edib.

Oxu.Az caspianbarrel.org-a istinadən xəbər verir ki, bu barədə İnterfaks agentliyinə Mərkəzi Bankdan məlumat verilib.

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $1 mlrd. 116,5 mln. dəyərində qeyri-neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,8% azalıb.

“Tədiyə balansına əsasən, yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $784,3 mln. təşkil edib. III rübdə qeyri-neft ixracının həcmi I rübdə qeydə alınmış $316,2 mln.-a və I rübdə qeydə alınmış $228,7 mln.-a qarşı $239,4 mln. təşkil edib”, – deyə məlumatda bildirilir.

2016-cı ilin yanvar-sentyabr aylarında respublika $9,5 mlrd.-lıq məhsul ixrac edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycan qeyri-neft məhsullarının ixracını 8,2% – $1 mlrd. 498,2 mln.-dək azaldıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *