Elektirk enerjisinə necə qənaət etməli? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Elektirk enerjisinə necə qənaət etməli?

Elektirk enerjisinə necə qənaət etməli?


Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısı hamını düşünməyə məcbur edir. Bu şəraitdə Azərbaycan istehlakçıları qənaət mədəniyyətinin formalaşmasına çalışmalıdırlar. Əks təqdirdə onların böyük əksəriyyəti gündən-günə artan xərclərin yaratdığı maliyyə çətinliyini dəf edə bilməyəcəklər.

AzNews.info yenilik.az-a istinadən, ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisinin tarifi kəskin bahalaşdığından, enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində gedən müzakirələrə töhfə vermək üçün bir sıra tövsiyyələrlə bölüşür.

• İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.

• Dəhlizlərdə, eyvanlarda səsə həsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.

• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.

• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır.

• Bilgisayarda işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.

• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.

Mənbə: Yenilik.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *