Nazir: Tariflərə faizlər şəklində ödəmələrin tətbiqi böyük əhəmiyyət kəsb edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir: Tariflərə faizlər şəklində ödəmələrin tətbiqi böyük əhəmiyyət kəsb edir

Nazir: Tariflərə faizlər şəklində ödəmələrin tətbiqi böyük əhəmiyyət kəsb edir


Son illər enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi aktuallıq kəsb etməkdədir. “Avropa İttifaqı - 2020” strategiyasından da görünür ki, Avropa İttifaqı ölkələri 2020-ci ilə qədər enerjiyə 20% qənaət etmək, daha az CO2 emissiyası və 20% alternativ və bərpa olunan enerji resurslarından istifadəyə nail olmaq məqsədini qarşıya qoyublar.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunduğu məqaləsində deyilir.

Nazirin sözlərinə görə, enerjiyə tələbatın azaldılmasında ondan səmərəli istifadə mühüm rol oynayır:

“Eyni zamanda, artan təmiz enerji ehtiyatları neft və qaz kimi ənənəvi enerji resurslarından geniş istifadəni də məhdudlaşdırır. Enerji resurslarından səmərəli istifadənin təminatı üçün, ilk növbədə, enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət standartları və normaları sisteminin hazırlanması vacibdir”.

N.Əliyev əlavə edib ki, bununla yanaşı, enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin mütəmadi təkmilləşdirilməsi və enerji resurslarından səmərəli istifadəyə görə onların normativlərdən artıq sərfindən asılı olaraq, qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi də böyük əhəmiyyət kəsb edir:

“Bu tədbirlər nəticəsində, 2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla, təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9%-inelektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaqdır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *