Bankların yarıdan çoxu dollar satmır – SİYAHI
Bu gün daha 3 bank valyuta satışını dayandırıb.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, noyabrın 17-də “Unibank”, “AGBank” və “Bank Silk Vey” dollar satmaqdan imtina edib.
Qeyd edək ki, “Unibank” artıq dünəndən rayonlardakı filiallarında satışı dayandırmışdı. “AGBank” da son günlər valyutanı limitlə satmağa başlamışdı.
Bununla da Amerika valyutasını satmayan bankların sayı 18-ə çatıb. Bu günədək aşağıdakı banklar dollar satmırdı:
“Günaybank”
“Naxçıvanbank”
“Azərbaycan Beynəlxalq Bankı”
“Amrahbank”
“Bank of Baku”
“Pakistan Milli Bankı”nın Bakı filialı
“Azərbaycan Sənaye Bankı”
“İran Milli Bankı”nın Bakı filialı
“Azər-Türk Bank”
“Ziraat Bank”
“Kapital Bank”
“VTB Bank”
“PAŞA Bank”
Mənbə:> Fins.az