Onlayn müraciətə tez və gec cavab verən banklar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Onlayn müraciətə tez və gec cavab verən banklar

Onlayn müraciətə tez və gec cavab verən banklar


Xeyli müddətdir hər gün bankların onlayn məsləhətçi (online consultant) xidməti vasitəsilə dolların alış və satış qiymətlərini öyrənirik.

Oxu.Az xəbər verir ki, “Marja” müraciətlərə cavabın verilməsi müddətinə görə bankları qruplaşdırıb.

Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin saytlarında onlayn konsultan xidməti mövcuddur. Bununla bərabər, saytında onlayn konsultant xidməti olmayan banklar da var.

Saytında onlayn konsultant xidməti olmayan banklar aşağıdakılardır:

“AccessBank”, “AFB Bank”, “Amrahbank”, “Azər Türk Bank”, “Muğanbank”, “Naxçıvan Bank”, “PAŞA Bank”, “Ziraat Bank Azərbaycan”.

Bir sıra banklar müştərinin onlayın müraciətinə dərhal cavab verərkən, bu xidmətlin operativliyini obyektiv və subyektiv səbəblərə görə təmin edə bilmirlər: Verilən suallar gec cavablandırılır və yaxud ümumiyyətlə, müştərinin sualı cavablandırılmır.

Saytındakı onlayn konsultan xidmətilə müştərinin müraciətinə tez (5 dəqiqəyədək) cavab verən banklar:

- “AGBank”

- “Ata Bank”

- “Azərbaycan Beynəlxalq Bankı”

- “Bank of Baku”

- “Bank Respublika”

- “Bank BTB” (Qeyd: Son vaxtlar cavabın verilməsində bəzən gecikmə müşahidə olunur)

- “CDB Bank”

- “Kapital Bank” (Qeyd: Son vaxtlar cavabın verilməsində bəzən gecikmə müşahidə olunur)

- “Unibank”

- “Nikoil Bank”

- “Rabitəbank”

- “VTB Bank” (Azərbaycan)

Müştərinin sualını az gecikmə ilə (5-30 dəqiqə ərzində) cavablandıran banklar:

- “Turan Bank”

- “Xalq Bank” (Son vaxtlar cavablandırmanın sürətində irəliləyiş müşahidə olunur)

- “Yapı Kredi Bank” (Azərbaycan) (Cavablandırmanın sürətində irəliləyiş müşahidə olunur)

Müştərinin müraciətini cavablandırmayan banklar:

- “Azərbaycan Sənaye Bankı”

- “NBC Bank”

Xatırladaq ki, bəzi banklarda müştərinin müraciətinin gecikmə ilə cavablandırılması bütün hallarda tənbəllik ilə bağlı deyil, səbəblərdən biri müştəri müraciətlərinin çoxluğu ola bilər.

Bəzi bankların xidmətlərinə tələb böyük olduğundan günün müəyyən vaxtlarında müraciətlər çox ola bilər. Bəzi banklar isə müraciətlər az olduğundan müştəriyə dərhal cavab yazırlar.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *