Manat ilk devalvasiyadan bu yana nə qədər ucuzlaşıb?
Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin dekabrın 21-də ikinci dəfə devalvasiyaya gedərək 1 dolları 1,55 manata bərabər etmişdi. Gələn ay ikinci devalvasiyanın 1 ili tamam olacaq.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, devalvasiyadan sonra, rəsmi USD/AZN məzənnəsi mayın 2-də 1,4900 səviyyəsinədək düşmüşdü. Hazırda isə ölkədə dollar bahalaşmaqda davam edir.
Belə ki, 2016-cı il noyabrın 8-də 1 ABŞ dolları üçün 1,6686 manat müəyyən edilib. İkinci devalvasiyadan bu yana dollar manat qarşısında 7,6% dəyər qazanıb. Məsələn, 100 dollar rəsmi olaraq 11 manat 86 qəpik bahalaşaraq 155 manatdan 166,86 manata qalxıb.
Dollar manat qarşısında ötən ilin mayın 2-də qeydə alınmış 1,4900 səviyyəsi ilə müqayisədə 12% bahalaşıb. İlk devalvasiydan bu yana isə manat dollar qarşısında 114% ucuzlaşıb.
Mənbə:> Oxu.az