Dollar 1,61 manat həddini də ötdü
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Virtualaz.org AMB-yə istinadən bildirir ki, USD/AZN rəsmi məzənnəsi martın 7-nə 1,6105 səviyyəsində müəyyən edilib. Bu, bugünki qiymətlə müqayisədə 0,0086 manat çoxdur. Xatırladaq ki, dollar bu gün 1,6019 manata bərabər olub.
Onu da qeyd edək ki, manatın təkrar devalvasiyasından sonra dolların məzənnəsi bu qədər yüksək olmayıb.
Mənbə:> Virtualaz.org