Azərbaycanda dollar və avro bahalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda dollar və avro bahalaşdı

Azərbaycanda dollar və avro bahalaşdı


2015-ci ilin may ayı ərzində avronun məzənnəsi Azərbaycan manatına qarşı 3,36% bahalaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı manatın may ayı üzrə xarici valyutalara qarşı rəsmi orta məzənnəsində qeyd edilib.

Belə ki, 2015-ci ilin may ayı ilə aprel ayının müqayisəsi zamanı aydın olur ki, avronun orta məzənnəsi təxminən 3,4% bahalaşıb.

AMB bildirib ki, fevral ayının sonundan iyun ayının 1-dək avronun rəsmi orta məzənnəsi 19,7%, analoji dövrdə dolların rəsmi orta məzənnəsi isə 21,8% bahalaşıb.

Qeyd edək ki, dolların rəsmi orta məzənnəsi ümumilikdə may ayı ərzində 0,2% ucuzlaşıb.

Onu da əlavə edək ki, iyunun 1-nə dolların manata qarşı rəsmi orta məzənnəsi 1,0484 manat, mayın 1-nə 1,0503 manat, aprelin 1-nə 1,0489 manat, martın 1-nə isə 0,8605 manat təşkil edib.

Xatırladaq ki, manatın 21 fevral tarixli devalvasiyasından əvvəl dolların rəsmi orta məzənnəsi 0,7843(44) manat idi.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *