Azərbaycanda dollar ucuzlaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1727 AZN-dən 1,1755-ə qədər artıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi avrodan fəqli olaraq ucuzlaşıb. Belə ki, 1 dollar 1,0483 AZN-dən 1,0482-ə qədər azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Mənbə:> ANSPRESS