“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib

“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib


Misir üzən məzənnə rejiminə keçən sonuncu inkişaf etməkdə olan ölkə olub.

Oxu.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Yerli tənzimləyicinin müvafiq qərarı ilə “üzməyə” buraxılan Misir funtu öncə 46% devalvasiyaya uğrayıb.

Bu addımın nə dərəcədə effektiv olduğunu araşdırmağa çalışan agentlik analoji tədbir görən ölkələrin praktikasına müraciət edib.

“Bloomberg"in misal olaraq gətirdiyi ölkələr arasında Azərbaycan da var. Müəllif yazır ki, manat ötən ilin dekabrın 21-də kəskin devalvasiyaya uğrayıb: "Bunadək Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının 2/3-ni milli valyutanın məzənnəsinin stabilliyinə sərf edib. Həmin dövrdən manat 39% ucuzlaşıb. Hökumət manatın məzənnəsini sabit saxlamaq üçün müvafiq addımlar atıb. Banklara dolların satışına məhdudiyyətin qoyulması atılan addımlardan biri idi. Keçirilən intervensiyalarla milli valyutanın məzənnəsini bir qədər sabitləşdirmək mümkün olub”.

Agentlik “Standard & Poor`s Global Ratings”ə istinadən yazır ki, hazırda yerli banklarda yerləşdirilən əmanətlərin 80%-i dollardadır.

Rusiyanın praktikasına toxunan “Bloomberg” qeyd edir ki, şimal qonşumuzun Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2014-cü ilin noyabr ayından etibarən valyuta intervensiyalarından imtina edib. Buna səbəb ölkəyə qarşı sanksiyaların tətbiq olunması və neftin kəskin ucuzlaşmasıdır. Buna baxmayaraq, rubl bu il möhkəmlənib.

“Tənzimləyicinin atdığı addımlar nəticəsində, inflyasiya səngiyib, kapital axını azalıb. Bunun nəticəsidir ki, Elvira Nabiullina Avropanın Mərkəzi Bank rəhbərləri arasında öz layiqli yerini tutub. Ölkə əhalisinin 60%-i öz əmanətlərini rublda saxlayır”.

Qazaxıstana gəlincə, agentlik yazır ki, bu ölkənin Mərkəzi Bankı 2015-ci ilin avqustun 20-də tengeni 42% ucuzlaşdırıb:

“Ölkənin Mərkəzi Bankı volatilliyi səngitmək üçün 1,7 mlrd. dollar və ya ehtiyatlarının 6%-ni xərcləyib. Bir il sonra tenge stabilləşib, valyuta ehtiyatları isə 13% artaraq 31 mlrd. dollara çatıb”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *