Misir valyutası üçün "üzən məzənnə" tətbiq edildi
Misirin Mərkəzi bankı milli valyuta – misir funtu üçün üzən məzənnə tətbiq edildiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Əl-Yaum əs-Sabia” nəşrinə istinadən TASS məlumat yayıb.
Qeyd edilir ki, yeni məzənnə tələb və təklifə müvafiq olaraq nizamlanacaq. Bununla yanaşı depozitlər və xarici malların alınması üzrə ixtisaslaşan şirkətlər üçün vəsaitin çıxarılması üçün limit qorunacaq.
Bu qərar funtun dollara nisbətən kəskin ucuzlaşması ilə əlaqədardır, belə ki, son iki gündə “qara bazarda” 1 dollar 19 funta satılıb, halbuki rəsmi məzənnə üzrə 1 dollar 8,88 funtdur. Bununla yanaşı ölkə bankları bank kartları üzrə əməliyyatlara və hesablardan nəğd pulun çəkilməsinə məhdudiyyət qoyub.
Noyabrın 3-nə olan məzənnəyə görə, 1 dollar 13 misir funtudur.
Mənbə:> Oxu.Az