“Bloomberg” Azərbaycan manatından yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Bloomberg” Azərbaycan manatından yazdı

“Bloomberg” Azərbaycan manatından yazdı

Banklar tərəfindən tətbiq edilən məhdudiyyətlər “qara bazarı” çiçəkləndirib.

Azərbaycan manatının ucuzlaşması davam edir. Manat bu il dünyada dollar qarşısında ən çox dəyər itirən ikinci valyuta olub.

2015-ci ildə iki devalvasiya ilə kəskin ucuzlaşan Azərbaycan manatı, ötən həftə dollar qarşısında ən çox dəyər itirən pul vahidi olub.

Banklar cümə və şənbə günləri ya dollar satışını dayandırıb, ya da 100-500 dollar arası miqdarda məhdudlaşdırıb.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg News” yazıb.

Banklar tərəfindən tətbiq edilən məhdudiyyətlər “qara bazarı” çiçəkləndirib.

Normalda 1,62 olan dollar/manat kursuna baxmayaraq, “Nərimanov” metro stansiyasındakı “treyderlər” 1 dolları 1,7 manata satırlar.

“Bloomberg”ə müsahibə verən Maliyyə Bazarlarına Nəzarət Palatasının sözçüsü Rüfət Abbasov valyuta satışının bankların qərarı olduğunu və müdaxilə edə bilmədiklərini deyib.

“Bloomberg”in xəbərində qeyd edilir ki, manatdan qaçış Azərbaycan xalqının inamının azalmasının nəticəsidir.

“Qar topu” kimi böyüyən risk, banklar üzərindəki təzyiqi artırır. S&P məlumatlarına görə, dollar əmanətləri cəmi əmanətlərin 80%-i səviyyəsindədir.

2015-ci ildə düşən neft qiymətlərinə paralel olaraq valyuta ehtiyatları “əriyib”, iqtisadiyyatı böyük həcmdə neft və qaz ticarətinə bağlı Azərbaycanın pul vahidi 2016-da 7% ucuzlaşıb. Bu ucuzlaşma ilə birlikdə manat, Tacikistan somonisindən sonra ən pis performans göstərən ikinci pul vahidi olub.

Azərbaycan Mərkəzi Bankı neft qiymətlərinin düşməsilə ucuzlaşan manatı dəstəkləmək üçün ehtiyatlarının üçdə ikisini “əridib”. Bankın, manat əmanətlərini dəstəkləmək məqsədilə 2016-cı ildə üç dəfə qaldırdığı faiz dərəcələri, 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çıxıb.

“Bəhs edilən əməliyyatların heç biri bu günə qədər işə yaramadı”, - deyə agentlik yazıb.

Banklardan rəsmi açıqlamalar verilməsə də, “Bloomberg”ə danışan “qara bazardakı” vasitəçilər, son günlər yenidən kəskin artan dollar tələbinin ardından banklardakı valyuta ehtiyatlarının azaldığını bildiriblər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *