Neftin qiyməti bahalaşır
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,14% bahalaşaraq 50,05 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14% artaraq 49,25 dollar təşkil edib.
Qeyd edək ki, dünən Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşmüş, 49,70 dollara satılmışdı.
Mənbə:> Oxu.az