Neftin qiyməti bahalaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır


Dünən Brent markalı neftin qiyməti mayın onundan bu yana ən aşağı səviyyəyə enmişdi.

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşır.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42% bahalaşaraq bir barelə görə 44,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23% artaraq 43,23 dollar təşkil edib.

Qeyd edək ki, bununla belə dünən axşam Brent markalı neftin qiyməti 2% dəyər itirərək mayın onundan bu yana ən aşağı səviyyəyə 44,79 dollara enmişdi.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *