Avro manata qarşı ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 20-si ilə müqayisədə 0,38% bahalaşaraq 1,6091 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,17% zəifləyərək 1,7543 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 20-si ilə müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5248 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9697 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,16% bahalaşaraq 0,6818 manat təşkil edib.
Mənbə:> Oxu.az