Manat əksər xarici valyutalara qarşı bahalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Manat əksər xarici valyutalara qarşı bahalaşdı

Manat əksər xarici valyutalara qarşı bahalaşdı


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6747 manat təşkil edib.

Manat əksər xarici valyutalara qarşı bahalaşdı

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *