Avro manata qarşı bahalaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Avro manata qarşı bahalaşıb

Avro manata qarşı bahalaşıb


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,28% möhkəmlənərək 1,7592 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 17-si ilə müqayisədə 0,4% möhkəmlənərək 0,0254 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% möhkəmlənərək 0,5163 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9525 manatdır. Beləliklə, funt sterlinq 0,55%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,13% ucuzlaşaraq 0,6738 manat təşkil edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *