Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırıb

Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırıb


Dünya Bankı 2017-ci il üçün neftin bir barelinin qiymətinə dair proqnozunu 55 dollara qaldırıb.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə DB-nin açıqlamasında deyilir.

Proqnoza əsasən, enerji daşıyıcıların qiyməti gələn il 25 faizədək qalxacaq. Cari il üçün neftin qiymətinə dair proqnoz bir barel üçün 43 dollar səviyyəsində saxlanılıb.

Qeyd edək ki, neft hasilatının həcminin “dondurulmasına” dair yekun qərarın noyabrın 30-da Vyanada keçiriləcək OPEK-in rəsmi görüşündə qəbul ediləcəyi gözlənir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *