Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi


Dünya Bankı bu il üçün neftin bir barel qiymətini əvvəlki 37 dollar proqnozundan 41 dollara yüksəldib.

Oxu.Az xəbər verir ki, bu barədə maliyyə təşkilatının məlumatında deyilir.

Dünya Bankının böyük iqtisadçı Con Baffets optimizmi bazarda əhval-ruhiyyənin yaxşılaşması və dolların kursunun zəifləməsi ilə əsaslandırıb.

“Bununla yanaşı, əgər OPEK-ə üzv və qeyri-üzv ölkələr istehsalı artırarsa, enerji daşıyıcılarının qiymətləri daha çox düşə bilər”, - analitik qeyd edib.

Müxtəlif təşkilatlardan, şirkətlərdən, banklardan, eləcə də ölkə hakimiyyətlərindən gələn neftin dünya qiymətinə dair proqnozlar son zamanlar fərqlənir. Belə ki, düz iki həftə öncə aprelin 12-də Beynəlxalq Valyuta Fondu neftin 2016-cı ildə orta qiymət proqnozunun 35 dollara qədər azaldığını elan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *