Azərbaycanda bağlanmış bankların əmanətçiləri nə qədər kompensasiya alıb?
Son beş gündə “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 80 milyon manatdan çox vəsait ödənilib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Oxu.Az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 345 milyon 755 min manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32 milyon 82 min manat, “Zaminbank” ASC – 50 milyon 922 min manat, “Kredobank” ASC – 17 milyon 977 min manat, “Dekabank” ASC – 2 milyon 850 min manat, “Atrabank” ASC – 13 milyon 899 min manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1 milyon 846 min manat, “Bank of Azerbaijan” ASC – 24 milyon 91 min manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119 milyon 977 min manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 80 milyon 399 min manat kompensasiya alıblar.
Mənbə:> Oxu.az