Texas markalı neftin qiyməti 50 dollardan aşağı enib
Möhkəmlənən dollar və OPEK neftin qiymətini ucuzlaşdırır.
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,69% ucuzlaşaraq 51,45 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,76% azalaraq 49,80 dollar təşkil edib.
Qeyd edək ki, bununla belə, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 52,63 və 50,93 dollar təşkil edib.
APA-nın məlumatına görə, neftin ucuzlaşmasına bir neçə amil təsir edir. Belə ki, OPEK-ə üzv olan ölkələrin sentyabr ayında orta sutkalıq neft hasilatı 30 mln. barrel səviyyəsində təyin olunmuş kvotanı aşıb.
Sentyabr ayında kartel ölkələri sutkada 33,39 mln.barrel neft hasil edib ki, bu da avqust ayının göstəricisindən 22 min barrel çoxdur. Düzdür, OPEK avqustda da kvotaya riayət etməyib.
Bundan başqa, möhkəmlənən dollar neftin ucuzlaşmasına təkan verir.
Mənbə:> Oxu.az