SOCAR-ın vitse-prezidenti: “Günəşli” yatağında bərpa işlərinə başlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOCAR-ın vitse-prezidenti: “Günəşli” yatağında bərpa işlərinə başlanılıb

SOCAR-ın vitse-prezidenti: “Günəşli” yatağında bərpa işlərinə başlanılıb


“Hazırda “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib.

O bildirib ki, quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılov axşam saat 22:00-da hadisə yerinə gəlib və səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər.

“Görülən tədbirlərin nəticəsində yangın söndürülüb. Yüksək peşəkarlıq göstərmiş FHN-in rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fontana qarşı Dağ-Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə layiqdirlər. Görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb”, - SOCAR-ın vitse-prezidenti əlavə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *