“Günəşli” yatağında baş vermiş yanğın söndürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Günəşli” yatağında baş vermiş yanğın söndürülüb

“Günəşli” yatağında baş vermiş yanğın söndürülüb


“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın bu gün yaydığı birgə məlumatda qeyd olunub.

Məlumata əsasən, sentybarın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.
Qeyd olunub ki, hazırda SOCAR-ın mütəxəssisləri tərəfindən özüldə təmir-bərpa işləri aparılır.

A.M.

09:48

Dayazsulu “Günəşli” yatağının 19-cü özülündə, 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğının səhər saatlarında söndürülməsi mümkün olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə, 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Axşam saatlarında FHN və SOCAR-ın birgə nəyanatında qeyd olunub ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *