SOCAR: “Günəşli” yatağında bir quyuda yanğın söndürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOCAR: “Günəşli” yatağında bir quyuda yanğın söndürülüb

SOCAR: “Günəşli” yatağında bir quyuda yanğın söndürülüb


“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya SOCAR-dan məlumat verilib.

“Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın “Boots and Coots” şirkətinin mütəxəssisləri birgə addımlar atır.

Quyulardan birində yanğın demək olar ki, söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək”, - deyə dövlət şirkətindən bildirilib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən isə bildirilib ki, “Boots and Coots” şirkətinin sifarişi ilə gətirilən və “Günəşli” yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib:

“Artıq avadanlıqlar dənizə ötürülüb. “Boots and Coots” şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq”.

İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.

“Azneft”dən o da bildirilib ki, “Günəşli” yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *