İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir

İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir


Dekbarın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin dünən aparılan axtarışları da bir nəticə verməyib.

AzNews.info xəbər verir ki, xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq itkin düşmüş neftçilərin helikopter və gəmilərin köməyi ilə axtarışları yenidən bərpa edilib.

Qərargahdan qeyd ediblər ki, platformada hələ də davam edən yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *