Nazirlər iclasa toplaşdılar: “Günəşli”yə görə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Nazirlər iclasa toplaşdılar: “Günəşli”yə görə

Nazirlər iclasa toplaşdılar: “Günəşli”yə görə


Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

Oxu.Az xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, baş prokuror Zakir Qaralov 4-7 dekabr tarixlərində itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılmış tədbirlər haqqında hesabat veriblər.

Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülmüş, lakin hava şəraitinin görünməmiş dərəcədə ağır olması partlayış və alovun ani olaraq bütün platformanı bürüməsinə səbəb olmuşdur.

Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti fədəkarlıq göstəmiş, təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun, təxliyə planına müvafiq hərəkət etmişlər.

Ötən müddət ərzində hadisə zamanı özüldə olan 33 şəxs təxliyyə edilmiş, lazımi tibbi müayinədən keçirilmiş, ambulator və stasionar müalicəyə cəlb edilmiş, 7 nəfərin cəsədi dənizdən çıxarılaraq sahilə gətirilmiş və ailələrinə təhvil verilmişdir.

Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN-nin, DSX-nin, Xəzər Dəniz Gəmiçiliyinin, “AZAL”ın gəmi və helikopterləri, SOCAR-ın mütəxəssisləri və lazımi sayda şəxsi heyət bu işlərə cəlb olunmuşdur.

İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, səhiyyə naziri Oqtay Şirəliyevin, daxili işlər naziri Ramil Usubovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəisi Rauf Vəliyevin təklifləri dinlənilmiş, fikir mübadiləsi aparılımışdır.

Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iclasa yekun vuraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 5 dekabr 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *