Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI

Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI


Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir.

AzNews.info APA-ya istinadən məlumatına görə, bunu mərkəzi bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb:

“Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *