Elman Rüstəmov manatın məzənnəsindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Elman Rüstəmov manatın məzənnəsindən danışdı

Elman Rüstəmov manatın məzənnəsindən danışdı


Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

“Ötən ilin iyun ayından etibarən beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb. Bu, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salıb, ölkənin tədiyyə balansına əhəmiyyətli təsir edib. Valyuta bazarına və məzənnəyə təsir edən amil yalnız neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-I ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, İran rialı son 3 ildə 120% devalvasiyaya uğradı, Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb.

Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manataın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir. Buna görə, bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək.

Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”, - deyə E. Rüstəmov qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *