Baş bankirdən manat proqnozu - “İlin sonuna qədər dəyişiklik gözlənilmir” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Baş bankirdən manat proqnozu - “İlin sonuna qədər dəyişiklik gözlənilmir”

Baş bankirdən manat proqnozu - “İlin sonuna qədər dəyişiklik gözlənilmir”


“Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də “üzən məzənnə” rejimində öz dayanıqlığını axtarır”.

AzNews.info-nun report-a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”, - deyə, E.Rüstəmov vurğulayıb.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *