Ekspert: Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ekspert: Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir

Ekspert: Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir


Manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və bu, məsələ ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev son günlər paytaxtdakı valyuta mübadiləsi məntəqələrində müşahidə olunan vəziyyəti şərh edərkən bildirib.

“Əslində, son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur”, - deyə O.Haqverdiyev qeyd edib.

O, Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb.

“Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir”, - deyə ekspert vurğulayıb və manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *