Bank rəhbəri: Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bank rəhbəri: Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb

Bank rəhbəri: Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb


ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək.

AzNews.info APA-ya istinadən xəbər verir ki, “TuranBank”ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F.Musayevin sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır. “Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub.

Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir. Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm.

Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır”, - deyə F.Musayev qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *