Mərkəzi Bank dollarla bağlı açıqlamanı təkzib etdi
Mərkəzi Bankın mətbuat xidməti bir neçə saat əvvəl "APA-Economics"in yaydığı xəbərlə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, Agentlik Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirdiyini haqda xəbər yaymışdı. MB isə mövzu ilə bağlı hər hansı açıqlama yaymadığını bəyan edib: “Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.
Mənbə:> Qafqazinfo.az